"Fənərbağça" "İnter"ın hücumçusunu almaq istəyir

"Fənərbağça" "İnter"ın hücumçusunu almaq istəyir
Futbol
10 İyun 2023 - 16:08
Supersport.Az xəbər verir ki, "İnter"in hücumçusu Edin Ceko karyerasını "Fənərbağça"da davam etdirə bilər.
Jurnalist Canluka Di Marzionun sosial hesabında verdiyi məlumata görə, 37 yaşlı bosniyalıya artıq Türkiyə klubundan 2 illik müqavilə ilə təklif gəlib. Bununla belə, futbolçunun "İnter"də qalmaq istədiyi bildirilir.
Ceko bu mövsüm İtaliya klubunda 51 oyun keçirib, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər xəbərlər