Supersport.Az-ın məlumatına görə, bu gün UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.
Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandası qarşılaşıb.
Atatürk Olimpiya Stadionunda qarşılaşmada ingilis klubu 1 qolla qalib gəlib.
Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edib.
UEFA Çempionlar Liqası
Final
10 iyun
23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) 1-0
Qol: Rodri 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Olimpiya Stadionu
Qeyd edək ki, Çempionlar Liqasında ikinci dəfə finalda mübarizə aparacaq “Mançester Siti” bu turnirdə qalib olmayıb. “İnter” isə 6 finalın yarısında qələbə qazanıb.
Çempionlar Liqasının son qalibi İspaniyanın “Real Madrid” klubudur.