"Benfika" Orkun Kökçünü alır

"Benfika" Orkun Kökçünü alır
Futbol
09 İyun 2023 - 23:29
Lissabon "Benfika"sı yaxın vaxtlarda Rotterdam "Feyenoord"undan Orkun Kökçünün transferini açıqlayacaq.

Supersport.Az xəbər verir ki, bu barədə məşhur italyan insayder Fabrizio Romano məlumat verib.

Jurnalistin sözlərinə görə, “qartallar” “Feyenoord”un hesabına 30 milyon avro köçürəcək. Futbolçu ilə müqavilənin 5 illik, 2028-ci ilin iyun ayına kimi bağlanması planlaşdırılır. Bu həftə türk tibbi müayinədən keçəcək və bundan sonra sövdələşmə rəsmi olaraq açıqlanacaq. Kompensasiya məbləği 120 milyon avro olacaq.

22 yaşlı Kökçünün Hollandiya klubu ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir. Bu mövsüm Erediviziyada 32 oyun keçirən Kökçü 8 qol vurub və iki məhsuldar ötürmə müəllifi olub. Futbolçu həmçinin Avropa Liqasında 10 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər xəbərlər