Supersport.Az xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində Dünya Kontinental Turu – Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında Nazim Babayev uğurlu nəticə ilə yadda qalıb. Atletimiz uzunluğa tullanma üzrə yarışda 7.80 m-lik göstəriciyə imza atıb. Yekunda yalnız çexiyalı Radek Yuşkadan geri qalan Babayev 2-ci yeri tutub.

Nazim ikinci oldu
Dərc etdi:
Supersport
Supersport.Az portalı 2009-cu ildə təsis olunub. Yarandığı gündən sayt ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını yüksək səviyyədə təqdim edib. Supersport.Az Mətbuat Şurasının üzvüdür. Saytımızın fəaliyyətinin məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları portalımızın məlumatları və videogörüntülərindən faydalanıb. Supersport.Az-ın internet (youtube) kanalının hazırda 43 min 500-dən çox abunəçisi var və 9 milyon 600 mindən artıq baxış olub. Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediası saytımızın videogörüntülərindən istifadə edib. Ölkəmizə faydalı olması üçün hətta videoçəkilişlərimiz UEFA-ya da göndərilib. Supersport.Az-ın Avropa təmsilçisi, fotomüxbiri Vüsal Şirəliyev Çempionlar Liqasının "Mançester Siti" – "İnter", Konfrans Liqasının "Roma" – "Feyenoord" final matçlarını və çox sayda digər beynəlxalq oyunları işıqlandırıb. Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirməyə, daha böyük uğurlar əldə etməyə çalışacaq.