İki idmançımız mükafat qazanmaq fürsətini qaçırdı

Digər, Cüdo
03 İyun 2023 - 16:39
Supersport.Az-ın məlumatına görə, Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən cüdo üzrə Qran Pri turnirinin ikinci günündə 2 cüdoçumuz mübarizəyə başlayıb.
Azərbaycan cüdoçusu İbrahim Əliyev 73 kq çəki dərəcəsində yarışda bürünc medal uğrunda görüşdə fransalı Benyamin Axusa məğlub olub.
Eyni çəkidə Nurlan Osmanov meksikalı Gilberto Kardosoya uduzaraq üçüncü ola bilməyib.
Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.