Türkiyənin dünya çempionları Bakıda Azərbaycan bayrağına büründü - Şəkillər

Digər, Taekvondo, Foto
01 İyun 2023 - 21:39
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının 4-cü yarış günü başa çatıb.
Supersport.Az-ın məlumatına görə, Türkiyə yığmasının üzvləri 4 gündə 3 qızıl, 1 bürünc medal qazanıblar. Bakıda Hakan Reçber, Nafia Kuş, Merve Dinçel dünya çempionu, Hatice Kübra İlgün bürünc mükafatçı olub. Dünya çempionlarından Hakan Reçber, Nafia Kuş, məşqçi Servet Tazegül Azərbaycan bayrağına sevgisini nümayiş etdirib.

Qadın taekvondoçular arasında 73 kq-dan yuxarı çəkidə də Türkiyə təmsilçisi ən güclü olub. Nafiya Kuş bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Özbəkistandan Sevetlana Osipova ikinci olub. Kristina Adebayo (Dünya Taekvondosu) və Blanka Kuk (Böyük Britaniya) üçüncü yerlə kifayətlənib.

Bu gün kişilər arasında 63 kq çəki dərəcəsində türkiyəli Hakan Recber finalda tailandlı Banlunq Tumtimdanqı məğlub edərək dünya çempionu olub. Xuan Yorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika) bürünc medal qazanıblar.
Qadın taekvondoçular arasında 73 kq-dan yuxarı çəkidə də Türkiyə təmsilçisi ən güclü olub. Nafiya Kuş bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Özbəkistandan Sevetlana Osipova ikinci olub. Kristina Adebayo (Dünya Taekvondosu) və Blanka Kuk (Böyük Britaniya) üçüncü yerlə kifayətlənib.

Beləliklə, 16 dəst medaldan 10-u artıq öz sahibini tapıb. İyunun 4-dək davam edəcək yarışın növbəti hər bir günündə 2 çəkidə döyüşlər olacaq.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov (63 kq) 1/8 finalda yarışla vidalaşıb.