Supersport.Az-ın məlumatına görə, Macarıstanda keçirilən gənclər arasında (U-17) Avropa çempionatının finalçıları müəyyənləşib. Almaniya və Fransanın favoritləri turnirin qızıl medalı uğrunda mübarizə aparacaqlar.
Yarımfinal görüşlərində gənc alman futbolçular Polşadan olan həmyaşıdlarını məğlub ediblər – 5:3. Fransızlar isə ispanları üstələyib – 3:1.
2023-cü il dünya çempionatına vəsiqə verən beşinci yer uğrunda mübarizədə britaniyalılar isveçrəlilərə 4:2 hesablı ilə qalib gəlib.
Avropa çempionatında Almaniya – Fransa finalı iyunun 2-də Budapeştdə keçiriləcək.