PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanından “Əl-Hilal”a keçməyə çox yaxındır.
Supersport.Az xəbər verir ki, “Sportitalia”nın jurnalisti Rudi Qalettinin sözlərinə görə, 35 yaşlı futbolçu artıq 1-ci Liqada mövsüm başa çatdıqdan dərhal sonra imzalayacağı şəxsi müqaviləni razılaşdırıb. Messinin “Əl-Hilal”da maaşı ildə 500 milyon avro olacaq. Həmçinin tərəflər hücumçu Xorxe Messinin atası üçün agentlik komissiyasının həcmini artıq razılaşdırıblar. Futbolçuyla müqavilənin növbəti həftə imzalanacağı bildirilir.
2022/23 mövsümündə “Paris Saint-Germain” formasını geyinən Messi bütün yarışlarda 40 oyun keçirib, 21 qol vurub, 20 məhsuldar ötürmə edib.