Mario Balotelli: "Autsayder kimi finala çıxmaq daha yaxşıdır"

Mario Balotelli: "Autsayder kimi finala çıxmaq daha yaxşıdır"
Futbol
30 May 2023 - 17:33
"İnter"in sabiq hücumçusu və "Mançester Siti"nin hücumçusu Mario Balotelli komandalar arasında keçiriləcək Çempionlar Liqasının final oyunu ilə bağlı gözləntilərini bölüşüb. O, qeyd edib ki, həlledici görüşə favorit yox, autsayder mövqeyindən yanaşmaq daha yaxşıdır.

"İnter"də yaxşı dostum Dzekodan tutmuş Lukakuya və sensasiyalı Lautaro Martinesə qədər meydanda fərq yarada biləcək çoxlu oyunçu var.

Təcrübə mənə deyir ki, autsayder kimi finala çıxmaq daha yaxşıdır. Qvardiolanın komandası cəlbedici futbol nümayiş etdirsə də, İnzaqinin "İnter"i də effektivdir".

Çempionlar Liqasının finalı iyunun 10-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Digər xəbərlər