İlham Əliyev dünya çempionatına gələ bilər

Digər, Eksklüziv, Taekvondo
29 May 2023 - 08:05
Bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı başlayacaq.
Dünya çempionatına rekord sayda 145 ölkədən 949 taekvondoçu qatılıb.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bu gün 16:30-da start veriləcək
yarışın rəsmi açılış mərasiminə gələ bilər.
Bakı Kristal Zalında keçiriləcək döyüşlər saat 09:00-da başlanacaq. Yarışda yarımfinal görüşləri isə saat 18:30-da başlayacaq.
Dünya çempionatı iyunun 4-dək davam edəcək.