Mourinyo ayrılacaq

Mourinyo ayrılacaq
Futbol
28 May 2023 - 23:32
Supersport.Az xəbər verir ki, "Il Messaggero"nun məlumatına görə, baş məşqçi Joze Mourinyo artıq mövsümün sonunda "Roma"dan ayrılmağa qərar verib.

Klubla portuqaliyalının nümayəndələri arasında bu haqda danışıqlar aparılır. Lakin "Roma"nın "Sevilya" ilə qarşılaşacağı Avropa Liqasının finalına qədər bu məlumatı yaymamağa üstünlük verirlər.

60 yaşşlı Mourinyo 2021-ci ilin iyulundan "Roma"nı çalışdırır. Portuqaliyalı mütəxəssisin müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq.

"Roma" ötən mövsüm Konfrans Liqasının qalibi olub. Bu mövsüm komanda A Seriyasında ilk 4-lüyə düşə bilməsə də, Avropa Liqasının finalına yüksəlib.

 

Digər xəbərlər