Kriştiano Ronaldonun “Əl-Nəsr”i Səudiyyə Ərəbistanı Liqasında səfərdə “Əl-İttifaq”la oynayıb.
Supersport.Az xəbər verir ki, portuqaliyalı futbolçunun komandası yenə xal itirib. “Əl-Nəsr” hesabda geri düşsə də, sonradan bərabərlik qolunu vurub.
29-cu tur öncəsi 38 yaşlı portuqaliyalının komandası lider “Əl-İttihad ” klubundan 3 xal geri qalaraq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşmışdı.
Səudiyyə Ərəbistanı çempionatı
29-cu tur
“Əl-İttifaq” – “Əl-Nəsr” 1:1