Mourinyo "Mənə lağ edirlər" dedi, "Tottenhem"ə "daş atdı"

Mourinyo "Mənə lağ edirlər" dedi, "Tottenhem"ə "daş atdı"
Futbol
26 May 2023 - 21:31
Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasında "Bayer Leverkuzen"i mübarizədən kənarlaşdıraraq finala yüksələn və ardıcıl iki mövsüm Avrokubokun finalında oynamaq şansı qazanan "Roma"nın baş məşqçisi Joze Mourinyo maraqlı açıqlamalar verib.

Karyerası boyunca işlədiyi komandalarla yaxşı münasibət qurduğunu deyən Mourinyo problemlərlə üzləşdiyini bildirib:

"Çalışdığım klublarla sıx əlaqə qurdum. "Real Madrid", "İnter", "Mançester Yunayted" və "Roma" azarkeşi olduğumu deyəndə mənə lağ edirlər. "Roma"dan ayrılanda işim həqiqətən çətin olacaq". ifadələrdən istifadə etmişdir.

Portuqaliyalı mütəxəssis "Tottenhem"də çalışdığı dövrün fərqli olduğunu və London komandası ilə yaxın münasibət qura bilmədiyini söyləyib:

"Tottenhem" mənim uyğunlaşa bilmədiyim yeganə komandadır. Həqiqətən də heç bir yaxınlıq hiss etmədim. Yəqin ona görə ki, pandemiya dövrü və stadion adətən boş idi".

Qeyd edək ki, UEFA Avropa Liqasının finalına yüksələn "Roma" mayın 31-də "Sevilya" ilə qarşılaşacaq.

Digər xəbərlər