Fərid Qayıbovla Rövnəq Abdullayev futbolçuları mükafatlandırdı - Video

Futbol, Eksklüziv, Video
26 May 2023 - 21:21
Supersport.Az Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnirinin mükafatlandırma mərasimindən videogörüntü hazırlayıb.
Yarışda AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Partnyorlardan ibarət 10 komanda 5 olmaqla 2 qrupda oyunlar keçirib. Qrup qalibləri - PFL və Veteranlar komandaları final oyununda qarşılaşıb. Rəqibini 6:2 hesabı ilə məğlub edən "Veteranlar" turnirin qalibi olublar. Turnirdə ilk iki yeri tutan komandalara medallar təqdim edilib. Medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman Naziri Fərid Qayıbov, assosiasiyanın baş katibi Sərxan Hacıyev təqdim ediblər. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, media əməkdaşları, könüllülər, azarkeşlər və futbol ailəsinin üzvləri istirak ediblər.