Supersport.Az xəbər verir ki, 26 may “Sərhədçi” İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) “Gəncə” və “Sabah” komandaları arasında final seriyasının dördüncü matçı oynanılıb. Zədə səbəbindən oyunda iştirak etməyən kapitan Amil Həmzəyevsiz Gəncə klubu oyuna sürətli başlayıb. Start beşlikdə komanda üzvləri ilə sona qədər mübarizə aparan region təmsilçisi “Gəncə”, qarşılaşmanın yekununda “Sabah” üzərində 93-90 hesablı qələbə qazanıb. Bu qələbə ilə Gəncə komandası seriyadakı hesabı 2-2 edib. Final seriyasının beşinci oyunu 30 may tarixində baş tutacaq.
Ən məhsuldar basketbolçular: “Gəncə BK” (Kollin Törner – 25 xal, 9 ribaund), “Sabah BK” ( Entoni Patti – 27 xal, 7 ribaund).