Azərbaycan Premyer Liqasında klubların sayı artırılacaq? - AFFA-dan açıqlama

Azərbaycan Premyer Liqasında klubların sayı artırılacaq? - AFFA-dan açıqlama
Futbol, Eksklüziv
23 May 2023 - 15:53
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında klubların sayı artırıla bilər. Çempionatda 10 komandanın 12-yə çatdırılacağı bildirilir.

Supersport.Az bununla bağlı  AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulladan açıqlama alıb.

"Bu məsələ AFFA-nın İcraiyyə Komitəsinin səlahiyyətinə daxildir və bununla bağlı qərar verə bilər. İclas da keçirilməyib. Mən ehtimal üzərindən danışa bilmərəm. Fakt olsa, deyərəm. Çox ehtimal ola bilər".

Qurum rəsmisi, mayın sonu və iyunun əvvəlində İcraiyyə Komitəsinin iclasının olacağı ehtimalını bildirib.

 

Digər xəbərlər