Yığmamız birinci yeri tutdu

Yığmamız birinci yeri tutdu
Digər, Cüdo
22 May 2023 - 10:00

Supersport.Az-ın məlumatına görə, 20-21 mayda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kuboku turniri keçirilib. İki gün davam edən yarışda 13 idmançımız medallar uğrunda mübarizə aparıb. İdmançılarımız yarışda ümumilikdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.



Yarışın ilk günü Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.



Yarışın ikinci günündə -81 kq. çəkidə Məhərrəm İmamverdiyev qızıl medala sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kərim Allahverdiyev 5-ci yerlə kifayətlənib. -100 kq. çəkidə Aslan Mirzəyev bürünc medal əldə edib. Eyni çəkidə digər cüdoçumuz Ruslan Nəsirli yarışı 7-ci yerdə tamamlayıb.



Azərbaycan medal əyarına görə ümumi hesabda 2-cü yeri, kişilər arasında isə 1-ci yeri tutub.

Digər xəbərlər