"Sabah" final seriyaya qələbə ilə başladı

Digər, Basketbol
20 May 2023 - 21:17
Supersport.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının ilk oyunu baş tutub. Oyuna uğurlu başlayan "Gəncə" basketbolçuları bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər və ikinci hissədə geri dönüş edən paytaxt klubu yekunda 71-69 hesablı qələbə qazanıb. Bununla "Sabah" seriyadakı hesabda 1-0 önə keçib. Final seriyasının ikinci oyunu 22 may saat 19:30-da baş tutacaq.
Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (12 xal, 12 ribaund), "Gəncə"dən Kollin Törner (17 xal, 11 asist) olub.
Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (12 xal, 12 ribaund), "Gəncə"dən Kollin Törner (17 xal, 11 asist) olub.