Avropa Kubokunda 13 idmançımız yarışacaq

Avropa Kubokunda 13 idmançımız yarışacaq
Digər, Cüdo
20 May 2023 - 10:43
Mayın 20-21-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa Kuboku turniri keçiriləcək.

Supersport.Az xəbər verir ki, 25 ölkədən 313 idmançının qatılacağı turnirdə Azərbaycan 13 nəfərdən ibarət heyətlə təmsil olunacaq.

Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizov rəhbərlik edəcəklər.

Turnirdə ölkəmizin idman şərəfini Rövşən Əliyev (60 kq), Tofiq Əliyev, Ruslan Paşayev, Kamran Süleymanov (hər üçü 66 kq), İbrahim Əliyev, Telman Vəliyev (hər ikisi 73 kq), Kərim Allahverdiyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), İbrahim Ağakişiyev, Musa Hüseynli (hər ikisi 90 kq), Aslan Mirzəyev, Adil Kərimli və Ruslan Nəsirli (hər üçü 100 kq) qoruyacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının "B" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

Digər xəbərlər