Kamandan oxatanların turniri

Kamandan oxatanların turniri
Digər, Kamandan oxatma
19 May 2023 - 18:05
Mayın 19-da Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kamandan oxatma üzrə beynəlxalq turnirə start verilib.

Supersport.Az-a Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmiz ilə yanaşı, Qazaxıstan, Rusiya və Gürcüstandan komandalar iştirak edirlər.
Şağan Olimpiya İdman Kompleksində keçirilən turnirdə 30 və 70 metr məsafəyə kamandan oxatma üzrə qaliblər müəyyənləşəcək.
Turnirə mayın 20-də yekun vurulacaq.
Azərbaycan Kamandan Oxatma Federasiyası 1993-cü ildə təsis edilib. Qurum Beynəlxalq Kamandan Oxatma Federasiyası və Avropa Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür.

Digər xəbərlər