Bəzi cüdoçular millidən kənarlaşdırılıb - baş katibdən açıqlama

Digər, Cüdo
18 May 2023 - 15:13
Supersport.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bəzi cüdoçuların dünya çempionatında zəif nəticə göstərmələrinin səbəbini açıqlayıb.
"Dünya çempionatında 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Balabəy Ağayevin yol verdiyi ciddi səhvə görə məşqçi günahkar deyil. Onun finala yüksəlmək ehtimalı böyük idi. Lakin ciddi səhvlərə görə, nəticə əldə edə bilmədi.
Bu çəkidə Turan Bayramov ötən il gənclər arasında təşkil olunan mötəbər yarışlarda layiqlı çıxış etmişdi. O, dünya çempionatında uduzsa da, çıxışı qənaətbəxşdir. Təbii ki, biz Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Kollegiyasını tənqid edə bilmərik. Cüdoçumuz görüşdə məğlub olduğu üçün mərhələ adlaya bilmədi".
O, Kəramət Hüseynovdan (6o kq) da narazılıq edib:
"Kəramət Hüseynov istedadlı cüdoçudur. Lakin o nizam-intizam qaydalarını ciddi şəkildə pozur. Federasiya olaraq onunla söhbət edib, öz potensialından istifadə etməli olduğunu bildirmişik. Lakin onun davranışları bizi qane etmir".
Qurum rəsmisi, millidə ən problemli məsələnin 66 kq çəkidə olduğunu bildirib:
"Cüdo üzrə yığmamızda ən problemli məsələ 66 kiloqram çəki dərəcəsidir. Bu məsələ ilə bağlı məşqçilərlə danışıb, ortaq qərar verəcəyik.
Orxan Səfərov əvvəlki formasında deyil və hazırda inkişaf etmir. Onun yığmadan uzaqlaşdırılması məsələsinə gəldikdə, hər şey ola bilər. İdmançının motivasiyası yüksək olmalıdır. Lakin biz artıq bunu onda görmürük.
Baş katib deyib ki, milli komandanın üzvü Hidayət Heydərov dünya çempionatında zədələnsə də, bunu nə federasiyaya, nə də hakimlərə bildirməyib:
"Lakin çempionatın səhəri günü onun belində ikinci dərəcəli yırtıq olduğu müəyyən edilib. Bu səbəbdən cüdoçu bir müddət məşqlərə davam edə bilməyəcək".
Xatırladaq ki, dünya çempionatında Azərbaycan millisinə yeganə medalı bürünc mükafat əldə edən Zelim Kotsoyev (100 kq) qazandırıb. Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlardan isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.