Nağı Səfərovdan dünya çempionatından kənarda qalanlarla bağlı açıqlama - Video

Nağı Səfərovdan dünya çempionatından kənarda qalanlarla bağlı açıqlama - Video
Digər, Taekvondo, Video
17 May 2023 - 23:11
Supersport.Az Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun taekvondo millisinin liderləri Milad Beiqi Harçeqani (87 kq) və Radik İsayevin (+87 kq) Bakıda keçiriləcək dünya çempionatında iştirak etməməsinin səbəbini açıqladığı məqamı videogörüntüyə alıb.

Qurum rəsmisi bildirib ki, adıçəkilən idmançılar artıq milli karyeralarını başa vurublar:

"Onlara şərt qoyulmuşdu ki, ötən il Azərbaycan çempionatında iştirak etsinlər, amma qatılmadılar. Qərarı özləri verdilər və yığma karyeralarını bitirdilər".

Digər xəbərlər