Cüdo yığmamızdan dünya çempionatında biabırçı çıxış

Cüdo yığmamızdan dünya çempionatında biabırçı çıxış
Digər, Cüdo
13 May 2023 - 21:00
Supersport.Az-ın məlumatına görə, bu gün Qatarın paytaxtı Dohada cüdo üzrə böyüklər arasında Dünya çempionatında ölkəmizin son təmsilçisi yarışıb. Mötəbər yarışda 99 ölkədən 657 cüdoçu mübarizə aparıb.

Çempionatda +100 kq çəkidə Azərbaycan idmançısı Uşanqi Kokauri də uğursuz çıxış edərək mükafat qazana bilməyib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan millisinə yeganə medalı bürünc mükafat əldə edən Zelim Kotsoyev (100 kq) qazandırıb. Daha əvvəl kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlardan isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

Digər xəbərlər