Azərbaycan cüdoçusu mükafat qazandı

Azərbaycan cüdoçusu mükafat qazandı
Digər, Cüdo
12 May 2023 - 19:50
Supersport.Az-ın məlumatına görə, Qatarın paytaxtı Dohada cüdo üzrə böyüklər arasında Dünya çempionatında ölkəmizdən daha bir idmançı mübarizə aparıb. Mötəbər yarışa 99 ölkədən 657 cüdoçu qatılıb.

Bu gün 100 kq çəkidə Azərbaycanın təmsilçisi Zelim Kotsoyev 3-cü yer uğrunda görüşdə gürcü İlia Sulamanidzeni məğlub edib. Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalıdır.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

Dünya çempionatı mayın 14-də başa çatacaq.

 

Digər xəbərlər