Parisdə hazırlıq bitdi

Digər, Cüdo
11 May 2023 - 19:01
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri 8-10 mayda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 14 oğlan və 1 qız idmançısı iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.