Millimizin dünya çempionatı üçün heyəti

Digər, Taekvondo
09 May 2023 - 21:51
Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının başlamasına 20 gün qalıb.
Supersport.Az xəbər verir ki, “Öz gücünü alovlandır” şüarı altında sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə və Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər baş tutacaq.
Yeddi gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. İdmançılar “Baku Crystal Hall”da qələbə uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il əvvəl verilib.