Yığmamız ölkəmizi yenə medalsız qoydu

Digər, Cüdo
08 May 2023 - 17:21
Supersport.Az xəbər verir ki, Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatının ikinci günündə də ölkəmiz mükafatsız qalıb. Azərbaycanın daha 3 cüdoçusu uğursuz çıxış edib.
Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 final mərhələsində Daikli Boubaya (Fransa) qalib gəlsə də, Elios Manziylə (İtaliya) bacarmayıb.
Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Sofia Fioradan (Argentina) güclü olsa da, Amandine Buçarda (Fransa) uduzub. Eyni çəkidə Aydan Əliyeva 1/32 finalda Erza Muminoviqi (Kosova) üstələsə də, Odette Giuffrıdeyə (İtaliya) məğlub olub.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-da Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-da Leyla Əliyeva və Könül Əliyeva turniri mükafatsız başa vurublar.
Yarış mayın 14-də başa çatacaq.