Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunda birinci oldu

Digər, Cüdo
07 May 2023 - 20:00
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri baş çatıb.
6-7 may tarixlərində Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan cüdoçuları 7 qızıl, 5 gümüş, 9 bürünc medal əldə edib.
Cüdoçularımız turnirin ilk günündə 6 qızıl, 5 gümüş və 5 bürünc medal, ikinci günündə isə 1 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 2-ci yeri tutub.
İkinci günün medalçılarını təqdim edirik:
Oğlanlar
-81 kq. çəkidə
Hüseyn Eyvazlı bürünc medal
-90 kq. çəkidə
Tuncay Şamil bürünc medal
+90 kq. çəkidə
Ramazan Əhmədov qızıl medal
Rəsul Şəmədli bürünc medal
Eldar Əliyev bürünc medal