Millimizin oyununu tanınmış simalar izlədi - Video

Millimizin oyununu tanınmış simalar izlədi - Video
Futbol, Eksklüziv, Video
06 May 2023 - 20:21

Supersport.Az-ın məlumatına görə, Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirdə üçüncü yer uğrunda Azərbaycan - Qazaxıstan oyununu tanınmış simalar da izləyib.


Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, qurum rəhbəri Taleh Nəsibov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda da qarşılaşmaya canlı tamaşa edib. F.Qayıbov millimiz qollar vurarkən sevincini nümayiş etdirib.


Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçının əsas vaxtı 2:2 başa çatıb, penaltilər seriyasında rəqib üstün olub.

Digər xəbərlər