"Qarabağ"ın futbolçusu ağır vəziyyətdə

"Qarabağ"ın futbolçusu ağır vəziyyətdə
Futbol, Eksklüziv
06 May 2023 - 18:28
"Qarabağ"ın əvəzedici komandasında məşq zamanı ürəyi dayanan futbolçusu Şirxan Həsənzadənin səhhəti ağırdır.



Supersport.Az-a bu məlumatı Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verib.

Xatırladaq ki, aprelin 22-də “Qarabağ-2″nin məşqi zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadə hadisədən sonra ən yaxın hospitallardan birinə çatdırılıb və ilkin tibbi yardım göstərilib. Ardından başqa hospitala aparılan futbolçu ilkin ürək və ağciyər damarlarının anjioqrafiyası və exokardiyoqrafiya olunub. Kəskin miokardit diaqnozu ilə hospitalizasiya olunan U-21 millimizin üzvünün ürək funksiyalarının zamanla ciddi pozulduğu müşahidə olunduğundan gecə saatlarında ürək-ağciyər sistemini dəstək üçün ECMO cihazına qoşulması qərarlaşdırılmışdı. Futbolçu bu aparatdan ayrılıb.

Digər xəbərlər