Məşhur tennisçi yarışdan imtina etdi

Məşhur tennisçi yarışdan imtina etdi
Tennis, Digər
05 May 2023 - 23:13
Supersport.Az xəbər verir ki, ispan tennisçi Rafael Nadal zədə səbəbindən İtaliya açıq turnirində iştirak etməyəcəyini bildirib.

36 yaşlı idmançı karyerasına damğa vuran yarışa qatılmayacağına çox təəssüfləndiyini qeyd edib. O, deyib ki, yaxşılaşsa da, tam gücüylə məşq edə bilmir və yüksək formada deyil.

R.Nadal 10 dəfə İtaliya turnirinin qalibi olub.

 

Qeyd edək ki, bu il yarış mayın 10-21 tarixlərində keçiriləcək.

 

Digər xəbərlər