"Millimiz dünya çempionatının finalçısına qarşı pis oynamadı" - Elşad Quliyev

"Millimiz dünya çempionatının finalçısına qarşı pis oynamadı" - Elşad Quliyev
Futbol, Eksklüziv
02 May 2023 - 09:11
Supersport.Az-a açıqlamasında Bakıda start verilən beynəlxalq turnirin ilk oyununda Çexiya yığmasıyla qolsuz heç-heçə edən Azərbaycanın minifutbol milli komandasının baş məşqçisi Elşad Quliyev fikirlərini bildirib.

"Maraqlı, gərgin, yaxşı mübarizə oldu. Rəqib zəif deyil, son dünya çempionatının finalçısıdır. Buna baxmayaraq, millimiz pis oynamadı, qol imkanlarımız da oldu. Hədəfimiz kuboku qazanmaqdır. Zəif cəhətləri aradan qaldırıb məqsədə çatmaq üçün çalışacağıq. İnşəAllah daha yaxşı oynaycağıq".

Digər xəbərlər