Azərbaycanın iki idmançısının böyük səs-küy yaratmaq potensialı qabardıldı

Azərbaycanın iki idmançısının böyük səs-küy yaratmaq potensialı qabardıldı
Digər, Cüdo
30 Aprel 2023 - 19:03

Supersport.Az-ın məlumatına görə, Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatı ərəfəsində Avropa Cüdo Birliyinin rəsmi səhifəsində Avropa və Asiya idmançıları arasında rəqabətdən bəhs edilib.


Avropa idmançıları cüdo idman növündə son illər çox sayda nailiyyətlər əldə etsələr də, Asiya ümumi baxımından bir qədər öndədir.




Dohada bir çox avropalı cüdoçular bunu dəyişməyə və asiyalı həmkarlarına qalib gələ biləcəklərini sübut etməyə çalışacaqlar.




Qitə qurumunun saytında dünya çempionatının favorit idmançıları siyahısında 60 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçularımız Balabəy Ağayev və Turan Bayramovun da olduğu xüsusi vurğulanıb:


"Azərbaycanlı cüdoçu Balabəy Ağayev dünya reytinqində ikinci yerdədir və bu turnir onun dünya arenasında debütü olacaq. Turan Bayramov bir qədər tanınmasa da, o, bacarıqlı cüdoçudur və çempionatda böyük səs-küy yaratmaq potensialına malikdir. Onun cəmi 21 yaşı var, lakin o artıq kifayət qədər istedadlı olduğunu sübut edə bilib".


Digər xəbərlər