Davarkarlara ağır cəza

Davarkarlara ağır cəza
Digər, Basketbol
30 Aprel 2023 - 11:35
Basketbol üzrə THY Avropa Liqasında "Real Madrid"lə "Partizan" arasında keçirilən pley-offun 1/4 final seriyasının ikinci oyununda baş verən hadisələr səbəbindən sərt qərarlar verilib.

Supersport.Az xəbər verir ki, Avropa Liqası İntizam Komitəsi “Real Madrid”li Guerschon Yabuseleni 5, Gabriel Decki 1 oyun, “Partizan”dan Kevin Punteri 2, Mathias Lessortu 1 matç cəzalandırıb.

Qeyri-idman hərəkətlərinə görə hər iki komanda 50 min avro cərimələnib.

Məsələ burasındadır ki, “Wizink Center”də oynanılan matçın 38-ci dəqiqəsində “Real Madrid”in basketbolçusu Serxio Llullun Kevin Punterə kobudluq etməsindən sonra dava olub və hakimlər hadisələrdən sonra görüşü erkən bitirmək qərarına gəliblər.

Qarşılaşmada 95-80 qalib gələn Serbiya təmsilçisi seriyada 2-0 önə keçib.

"Partizan"ın ev sahibliyi edəcəyi seriyanın üçüncü oyunu mayın 2-i keçiriləcək.

Digər xəbərlər