"Beşiktaş"ın futbolçusu Azərbaycan küçəsində qəzayla üzləşdi

Futbol
28 Aprel 2023 - 23:55
Supersport.Az-ın məlumatına görə, Sarıyerin Azərbaycan küçəsində "Beşiktaş"ın bosniyalı futbolçusu Amir Hadziahmetoviçin avtomobili motosikletlə toqquşub. Oyunçu xəsarət almasa da, motosürücü ambulansla xəstəxanaya aparılıb. Futbolçunun isə polis bölməsində ifadəsi alınıb.
