"Murov" “Heydər Əliyev kuboku”nu qazandı - Foto

Digər, Voleybol
28 Aprel 2023 - 20:11

Bu gün Voleybol Mərkəzində “Heydər Əliyev kuboku” yarışının final matçı oynanılıb.
Supersport.Az-ın məlumatına görə, kişi voleybolçuların həlledici görüşündə “Murov” "Xarıbülbül Şuşa"ya qalib gəlib.
18:00 "Xarı bülbül Şuşa" - "Murov" 0:3 (13:25, 14:25, 22:25)
Final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimində “Murov” komandasına kubok təqdim olunub.