Eldəniz Əzizli dünyada birincidir, Həsrət Cəfərov, Taleh Məmmədov, Ülvi Qənizadə yüksəldi

Eldəniz Əzizli dünyada birincidir, Həsrət Cəfərov, Taleh Məmmədov, Ülvi Qənizadə yüksəldi
Digər, Eksklüziv, Güləş
28 Aprel 2023 - 07:00
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Xorvatiyanın Zaqreb şəhərində keçirilən qitə çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə millimizin əksər üzvləri dünya reytinqində irəliləyib.

Dünya Güləş Birliyinin yeni tərtib etdiyi siyahıda son Avropa çempionatının ikincisi Eldəniz Əzizli (55 kq) 53000 xalla öz çəkisində birinci pillədədir.


















02

TSURTSUMIA Nugzari


 GEO
47500 PTS


03

BEKBOLATOV Amangali


 KAZ
39500 PTS



Murad Məmmədov (60 kq, 30075 xal) 7-ci pillədən 8-ə düşüb.

Avropa ikincisi Taleh Məmmədov (63 kq) 3-cü pillədən 2-yə yüksəlib.


















02

MAMMADOV Taleh


 AZE
53000 PTS | PREVIOUS RANK 3


03

NAD Sebastian


 SRB
45000 PTS | PREVIOUS RANK 2



Avropa çempionu Həsrət Cəfərov (67 kq) 5-ci pillədən 2-yə qalxıb. Həsrət finalda reytinqdə birinci pilləyə yüksələn Conini məğlub etmişdi.


















02

JAFAROV Hasrat


 AZE
46000 PTS | PREVIOUS RANK 5


03

NEMES Mate


 SRB
45000 PTS | PREVIOUS RANK 1



Avropa çempionumuz Ülvi Qənizadə (72 kq) 4-cü yerdən 3-ə yüksəlib.


















02

ARSALAN Ali Feizollah


 SRB
55000 PTS | PREVIOUS RANK 1


03

GANIZADE Ulvu


 AZE
52000 PTS | PREVIOUS RANK 4



Avropa çempionatında 5-ci olan Rafiq Hüseynov (82 kq) 35000 xalla 7-ci pilləni 5-ə dəyişib.

Zaqrebdə qitə yarışında 5-ci yeri tutan İslam Abbasov (87 kq) 52-ci yerdən 19-a qalxıb.

Xorvatiyada Avropa çempionatında 13-cü olan Arif Niftullayev (97 kq) 44400 xalla 4-cü yeri 3-ə dəyişib.

Türkiyənin 12 qat Avropa çempionu Rıza Kayaalp ən ağır çəkidə (130 kq) birinci yerdə möhkəmlənib. Xorvatiyada qitə yarışında ikinci olan Azərbaycanın güləşçisi Sabah Şəriəti 29200 xalla 11-ci pillədən 7-yə qalxıb.


















02

ALEXUC CIURARIU Alin


 ROU
54400 PTS


03

MIRZAZADEH Amin Mohammadzaman


 IRI
47000 PTS | PREVIOUS RANK 1



Xatırladaq ki, Xorvatiyada milli komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu olub. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb. Azərbaycan Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb. Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub. Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşıb.

 

Digər xəbərlər