Əliyar Ağayev Superliqaya təyinat aldı

Əliyar Ağayev Superliqaya təyinat aldı
Futbol
27 Aprel 2023 - 19:37
FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Supersport.Az-ın məlumatına görə, Azərbaycanın hakimi PAOK və "Aris" komandaları arasında keçiriləcək XXXIII tur matçını idarə edəcək.

Əliyar Ağayevə laysmanlar Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Kamal Umudlu isə VAR-da çalışacaq.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək oyun Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Digər xəbərlər