"Futbol, komandam, millimiz üçün çox darıxmışam" - "Qarabağ"ın futbolçusu

"Futbol, komandam, millimiz üçün çox darıxmışam" - "Qarabağ"ın futbolçusu
Futbol, Eksklüziv
27 Aprel 2023 - 15:31
Supersport.Az-a 3 aydan çoxdur ki, yaşıl meydanlardan kənar qalan "Qarabağ"ın zədəli futbolçusu Abbas Hüseynov açıqlama verib. Müdafiəçi yanvarın sonlarında Almaniyada dizindən cərrahiyyə əməliyyatı olunmuşdu.

"Futbol, komandam, millimiz üçün çox darıxmışam. Çox istərdim ki, tezliklə meydana dönüm, məşqlərə başlayım, faydalı olum. Allahın izniylə bərpanı doğru keçib istəyimə çatacağıma inanıram. Həkimlər mənə 7-8 aya dönə biləcəyimi demişdi. İnşəAllah 2-3 aya topla məşqə başlayaram, bir neçə aya da komandama qoşularam" - deyə, Abbas Hüseynov bildirib.

 

 

 

Digər xəbərlər