"Turan"ın "Neftçi"ylə oyunu derbidir, son anda məğlub olmaq ikiqat ağırdır"

"Turan"ın "Neftçi"ylə oyunu derbidir, son anda məğlub olmaq ikiqat ağırdır"
Futbol, Eksklüziv
26 Aprel 2023 - 22:25
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Kubokunda "Neftçi"ylə oyundan sonra "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib.

"Bilridik ki, "Neftçi" təzyiq edəcək. İlk qoldan sonra komandam bir qədər ruhdan düşdü. Bu oyunu "Neftçi" - "Turan" derbisi adlandırardım. Futbolçularım döyüşdülər, tədricən böyüyəcəklər, həvəsdən düşmək olmaz. "Neftçi"ylə yarımfinalda oynamaq inkişafdır. Oyunun son dəqiqələrində məğlub olmaq ikiqat ağırdır. Bu, son deyil. Çempionat oyunları var, həyat, mübarizə davam edir. Azarkeşlər möhtəşəm dəstək verdilər. Klub rəhbərliyinə təşəkkür edirəm, futbolçular uduzsa da, müsbət fikirlər deyildi. Sabit oynamaq üçün vaxt lazımdır".

Digər xəbərlər