Qalib komanda müəyyənləşdi

Futzal, Futbol, Digər
25 Aprel 2023 - 22:45
Supersport.Az-ın məlumatına görə, AFFA-nın və AzTU-nun birgə təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş AzTU-nun fakültələri arasında keçirilən futzal turnirinə yekun vurulub.
Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilən final qarşılaşmasında Nəqliyyat və Logistika fakültəsinin komandası Xüsusi Texnika və Texnologiya fakültəsinin komandasını 8:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Qalib komanda AFFA tərəfindən kubokla təltif edilib. Turnirdə ilk üç yeri tutan komandalara müvafiq medallar və diplomlar təqdim olunub, müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçulara mükafatlar verilib. Qalib komandaya kuboku Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib.