Millimiz dünya çempionatında

Millimiz dünya çempionatında
Digər, Həndbol
25 Aprel 2023 - 16:45
Azərbaycanın kişi həndbolçulardan ibarət millisi aprelin 25-dən 30-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək inkişaf etməkdə olan ölkələrin dördüncü dünya çempionatında mübarizə aparacaq.

Supersport.Az-a milli qurumun mətbuat xidmətindən verilən məlumata görə, qrupda Azərbaycan, Bolqarıstan və Nigeriya yığmalarıyla eyni qrupda yarışacaq.

Milli komanda baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi altında Bakıda "AHF Arena"da təlim-məşq toplanışında iştirak edib.

Turnirdə Azərbaycan, Bolqarıstan və Nigeriya milliləri ilə yanaşı, Malta, Andorra, Hindistan, Kipr, Moldova, Avstraliya, Böyük Britaniya, Kuba və Qvatemala komandaları da iştirak edəcək. 12 seçmə komanda hərəsində üç yığma kollektiv olmaqla 4 qrupa bölünüb.

Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcək.

Digər xəbərlər