Azərbaycanlı referi 3 min hakim sırasında ikinci yerdə

Karate, Digər
24 Aprel 2023 - 15:45
Azərbaycan Milli Karate Federasiyasının baş hakimi Cahangir Babayev növbəti təyinat alıb.
Supersport.Az xəbər verir ki, Avropa Hakimlər Komissiyasının üzvü, Olimpiya dərəcəli hakim Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında fəaliyyət göstərəcək.
Cahangir Babayev, həmçinin oktyabrda təşkil olunacaq "World Combat Came" Oyunlarına baş hakim təyin olunub.
Qeyd edək ki, C.Babayev beynəlxalq reytinq cədvəlində ikinci pillədə qərarlaşıb. Reytinqdə 200 ölkədən 3 mindən artıq hakim yer alıb.