Naxçıvanda cüdo yarışı

Naxçıvanda cüdo yarışı
Digər, Cüdo
21 May 2023 - 22:13

Supersport.Az xəbər verir ki, 19 mayda Azərbaycan Cüdo Federasiyası(ACF), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan güləş Federasiyasının (NGF) təşkilatçılığı ilə 15 yaşa qədər kiçik yaşlı yeniyetmə oğlanlar və qızlar arasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş cüdo turniri keçirilib.




Şərur Olimpiya İdman Kompleksində baş tutan yarışda Naxçıvan Muxtar Respublikasını təmsil edən 94 idmançı medallar uğrunda mübarizə aparıb.




Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq və cüdonun kütləvi təbliğinə nail olmaqdır.

Digər xəbərlər