Cüdoçular Poznanda təlim-məşq toplanışında iştirak ediblər

Digər, Cüdo
21 Aprel 2023 - 13:00
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri 17-19 apreldə Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Polşanın Poznan şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Hazırlıq prosesində Azərbaycanın 15 oğlan və 5 qız idmançısı iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edir.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.