Azərbaycan millisi İrəvandan Vətənə qayıtdı - Foto

Azərbaycan millisi İrəvandan Vətənə qayıtdı - Foto
Digər, Foto, Ağır Atletika
15 Aprel 2023 - 21:41
Azərbaycanın ağırlıqqaldırma üzrə millisini Tiflisdən Bakıya gətirən təyyarə Vətənə çatıb.

Supersport.Az xəbər verir ki, İrəvandan avtobusla qayıdan atletlərimiz Gürcüstanın paytaxtından Azərbaycana yola salınıblar.

Bakıda hava limanında idmançıları Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər, ictimaiyyət nümayəndələri qarşılaşyıblar.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb. Bu hadisə ilə əlaqədar olaraq ağırlıqqaldırma millimiz yarışda iştirakından imtina edib və İrəvandan Azərbaycana qayıtması barədə qərar verilib. Təxribatla bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.

Digər xəbərlər