Növbəti final oyununun vaxtı müəyyənləşdi

Növbəti final oyununun vaxtı müəyyənləşdi
Digər, Voleybol
12 Aprel 2023 - 14:17
Supersport.Az-ın məlumatına görə, aprelin 13-də kişi voleybolçuların Yüksək Liqasında ikinci bürünc medal və final matçları keçiriləcək.

Çempionluq üçün yarışan "Xarı bülbül" və "Murov" komandaları saat 16:00-da, üçüncülük uğrunda mübarizə aparan "Neftçi" və MOİK klubları isə iki saat sonra meydana çıxacaqlar. Birincilərin ilk qarşılaşmasında "Murov" 3:1, ikincilərdə isə "Neftçi" 3:0 hesabı ilə qələbə qazanaraq üstünlük əldə ediblər.

Yüksək Liqa (kişilər)

Final və bürünc medal uğrunda

13 aprel

2-ci oyunlar

16:00 "Murov" - "Xarı bülbül" (CBC sport-canlı)

18:00 MOİK - "Neftçi"

Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə əsasən komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq.

 

Digər xəbərlər