Millimiz xarici ölkədə hazırlıq keçir

Digər, Cüdo
11 Aprel 2023 - 21:13
Azərbaycanın cüdo üzrə yeniyetmə oğlanlar və qızlardan ibarət milli yığma komandasının üzvləri 10-11 apreldə Çexiyanın Teplis şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Supersport.Az-ın məlumatına görə, hazırlıq prosesinə Azərbaycanın 21 oğlan və 8 qız idmançısı iştirak edib.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.
Təlim-məşq toplanışı iyun, avqust aylarında keçiriləcək yeniyetmələr arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.