Azərbaycan Avropada birinci oldu

Azərbaycan Avropada birinci oldu
Digər, Cüdo
09 Aprel 2023 - 23:00
Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku yarışında Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər.

Supersport.Az Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, ölkəmiz turnirdə medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.

İdmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Turnirin ikinci günündə isə oğlanların yarışında Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə daha 3 qızıl medal yazdırıblar. Hüseyn Eyvazlı (81 kq) bürünc medala sahib olub.

Digər xəbərlər