"Xarı bülbül"lə "Murov" finalda

"Xarı bülbül"lə "Murov" finalda
Digər, Voleybol
07 Aprel 2023 - 01:41
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti yarımfinal oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, əvvəlcə meydana “Neftçi” və “Xarı bülbül” klublarının voleybolçuları çıxıb. Görüş kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçib. Matça “Xarı bülbül” daha yaxşı başlayıb və ilk setdə 25:19 hesablı qalib gəlib. Sonradan “Neftçi” üstünlüyü ələ alaraq ikinci və üçüncü hissələri 25:18 və 27:25 hesabları ilə öz xeyrinə yekunlaşdırıb. Bununla belə, cütün ilk matçında qələbə qazanmış “Xarı bülbül” dördüncü setdə 25:19 hesablı qələbəylə ümumi hesabı bərabərləşdirib - 2:2. Tay-breykdə isə yenə Şuşa təmsilçisi üstün oyun nümayiş etdirib. Bu hissəni 15:9 hesabı ilə qalib başa vuran “Xarı bülbül” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb. Beləliklə, “Xari bülbül” finala ilk vəsiqənin sahibi olub.

Yarımfinalın digər qarşılaşmasında MOİK və “Murov” kollektivləri üz-üzə gəliblər. Cütün ilk matçında qələbə qazanmış Murov komandası bu oyuna da yaxşı başlayıb. Rəqibini yenə quru hesabla (3:0 - 25:20, 25:15, 25:20) məğlub edən “Murov” ölkə birinciliyinin finalına yüksəlib.

Beləliklə, ölkə çempionatının qalibini “Xarı bülbül” və “Murov” klubları müəyyənləşdirəcək. “Neftçi” və MOİK isə bürünc medal uğrunda mübarizə aparacaq.

Digər xəbərlər